Azərbaycan tennisçiləri beynəlxalq turnirdə medal qazanıblar

Azərbaycan tennisçiləri beynəlxalq turnirdə medal qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council's Youth Cup” turnirində mübarizəyə uğurla start veriblər.

SİA-nın məlumatına görə, yarışın ilk günündə milli komandanın hesabına iki medal yazılıb.

13 yaşadək idmançılar arasında bacarığını göstərən Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc mükafata sahib çıxıb.

Xatırladaq ki, komanda Riqaya 11 idmançı ilə yollanıb. Beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə