Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatına qalibiyyətlə başlayıb - FOTO

Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatına qalibiyyətlə başlayıb - FOTO

Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında ilk görüşünü keçirib. SİA xəbər verir ki, komanda debüt matçında İraq seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan seçməsinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli komandanın heyətində qolları Mirmehdi Rzayev və Elvin Əlizadə vurublar.

Qeyd edək ki, yığma G qrupunda növbəti oyununu oktyabrın 29-da son Afrika çempionu Misir komandasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə