İlkay Gündoğan Vinisiusa dəstək oldu

İlkay Gündoğan Vinisiusa dəstək oldu

"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan Vinisius Juniorun davranışından danışıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: “Bəziləri Vinisiusun hərəkətlərini təxribat kimi qiymətləndirə bilər. Amma mənim üçün belə deyil. Aydındır ki, o, artıq hansı şeylərə görə necə davranmalı olduğunu bilir. Amma ola bilsin ki, o, fitə basmağı xoşlayır. Bilmirəm. Bəzi oyunçular onlara fit çalaraq əlavə motivasiya kimi istifadə edirlər"

Qeyd edək ki, "Barselona" - "Real" matçı oktyabrın 28-də Kataloniyanın paytaxtında, "Luis Companys" Olimpiya Stadionunda keçiriləcək və saat 18:15-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə