U-17 seçmə mərhələdə son oyununu keçirib

U-17 seçmə mərhələdə son oyununu keçirib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandasına qarşı matç 1:1 hesabı ilə nəticələnib. Millimizin qolunu oyunun 51-ci dəqiqəsində Tuncay Əhmədov vurub.

Qeyd edək ki, U-17 əvvəlki oyunlarda Serbiya yığmasına 1:5, Sloveniyaya isə 0:3 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə