“Bayern”nın qapıçısı ilə bağlı sevindirici xəbər var

“Bayern”nın qapıçısı ilə bağlı sevindirici xəbər var

“Bayern”nın qapıçısı Manuel Noyerlə bağlı sevindirici informasiya var. SİA xəbər verir ki, 37 yaşlı qolkiper zədəsini tam sağaldıb. Bu barədə “Sky Sports”(Almaniya) məlumat yayıb.

Qolkiperin Bundesliqanın 9-cu turunun “Darmştadt”la sabahkı oyununda meydana çıxacağı bildirilir.

Qey edək ki, Almaniya millisi Qətərdə keçirilən dünya çempionatında çıxışını başa vurduqdan sonra Noyer dağ-xizək kurortunda istirahət edərkən ayağını sındırmışdı. Futbolçuya sağ baldır sümüyünün sınığı diaqnozu qoyulmuşdu.

O, 2022-ci il dekabrın 1-dən bəri oynamır.

Bütün xəbərlər Facebook səhifəmizdə