Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirində son günün proqramı açıqlanıb. SİA xəbər verir ki, Azərbaycanla yanaşı daha 7 ölkədən 14 komandanın iştirakı ilə keçirilən yarışda idmançılar son gündə 3 yaş qrupunda mübarizə aparacaqlar.
2005-2006, 2007-2008 və 2009-2010-cu il təvəllüdlü idmançılar qüvvələrini sınayacaqlar. Onlar bir və iki nəfərlik kayak qayığında 200 və 500 metr məsafəyə yarışlarda iştirak edəcəklər. 4 nəfərlik avarçəkmə qayığında isə 1500 metr məsafəyə nümunəvi çıxışlar olacaq.
Turnirin ilk iki günündə Azərbaycan idmançıları ümumilikdə 16 medal (5 qızıl, 5 gümüş, 6 bürünc) qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB