Konfrans Liqası: “Beşiktaş” Norveç klubuna məğlub olub

Konfrans Liqası: “Beşiktaş” Norveç klubuna məğlub olub

Türkiyənin “Beşiktaş” klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirib. SİA xəbər verir ki, İstanbul təmsilçisi III turda Norveçdə “Budye-Qlimt"in qonağı olub.

Qarşılaşma “qara qartallar”ın 1:3 hesablı məğlubiyyəti ilə bitib.

Türkiyə klubu üç oyundan sonra D qrupunda 1 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə