Azərbaycanın MMA döyüşçüsü Namiq Ağabalayev növbəti qələbəsini qazanıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Şəhid Rafət Qulamov” klubunun təmsilçisi Qazaxıstanın Almatı şəhərində “Octagon liqası”nın 51-ci turnirində gücünü sınayıb.
Turnirdə 57 kiloqram çəki dərəcəsində çıxış edən Namiq Ağabalayev yerli tanınmış idmançı Adilet Aytjanov ilə qarşılaşıb.
MMA döyüşçümüz birinci raundda rəqibini “Triangle” boğucu fəndi ilə vaxtından əvvəl məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB