Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirində ikinci günün proqramı açıqlanıb. SİA xəbər verir ki, 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən yarışda idmançılar ikinci gün 3 yaş qrupunda mübarizə aparacaq.
2005-2006, 2007-2008 və 2009-2010-cu il təvəllüdlü idmançılar yarışacaqlar. Onlar kayak, kanoe və akademik avarçəkmə qayığında 200, 500, 1000, 1500 və 2000 məsafəyə yarışlarda iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB