Premyer Liqa: “Sumqayıt” “Sabah”a qalib gəlib

Premyer Liqa: “Sumqayıt” “Sabah”a qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turdan təxirə salınmış oyun keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, “Sumqayıt” öz meydanında "Sabah"ı qəbul edib.

Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Kamran Əliyev vurub.

Bununla da xallarının sayını 14-ə çatdıran “Sumqayıt” 6-cı pilləyə yüksəlib. "Sabah" isə 10 xalla 8-ci sırada qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə