Azərbaycan cüdoçusu Böyük Dəbilqədə bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Böyük Dəbilqədə bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Leyla Əliyeva Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb. SİA xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançı İtaliya təmsilçisi Françeska Milanini ipponla məğlub edib.

Bu gün, həmçinin, Ruslan Paşayev (66 kq) də bürünc medal uğrunda görüşə çıxacaq. O, Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandah Bayanmunh ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə