Azərbaycanın minifutbol millisi dünya çempionatına yola düşüb

Azərbaycanın minifutbol millisi dünya çempionatına yola düşüb

Azərbaycanın minifutbol millisi Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

SİA xəbər verir ki, 16 oyunçudan ibarət yığma oktyabrın 24-də sözügedən ölkənin Ras el-Xayma şəhərinə yola düşüb.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının “G” qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə