Azərbaycan taekvondoçuları beş medal qazanıblar

Azərbaycan taekvondoçuları beş medal qazanıblar

Taekvondo üzrə Azərbaycan millisi Dohada keçirilən Qətər açıq çempionatını beş medalla başa vurub. Azərbaycan Taekvondo Federasiyasından SİA-ya verilən məlumata görə, idmançılar G1 kateqoriyalı beynəlxalq turnirdə bir gümüş, dörd bürünc mükafata sahib olublar.

Yalnız finalda məğlub olan Cavad Ağayev (74 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Həmidreza Badrialiabadi (+87 kq) və Səmərrux Osmanova (53 kq) isə bürünc medala yiyələniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə