"Ulduz" futbol akademiyasının açılış mərasimi olub - YENİLƏNİB - FOTOLAR

"Ulduz" futbol akademiyasının açılış mərasimi olub - YENİLƏNİB - FOTOLAR

Şağanda “Ulduz” futbol akademiyasının açılış mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə Gənclər və İdman Naziri Fərid Qayıbov, Gənclər və Gənclər və İdman Nazirliyinin idman sektorunun müdiri Elnur Məmmədov, Gənclər və İdman nazirinjn müavini Mariana Vasileva, “Ulduz” futbol akademiyasının direktoru Mehman Əlimov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Sərxan Hacıyev, “Ulduz” Futbol Akademiyasının təsisçisi Nazim Süleymanov iştirak edir.

Əvvəlcə “Ulduz” futbol akademiyasənın tərkibində olan komandalar təqdim edilib.

Sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canında keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi giriş sözü ilə açan "Ulduz” futbol akademiyasının direktoru Mehman Əlimov hər kəsi salamlayaraq, “Ulduz” futbol akademiyası haqqında məlumat verib: “Uşaq-Gənclər Futbol Məktəbinin nəzdində yaradılıb. Hazırda Akademiyada 70-dən çox uşaq qeydiyyatdan keçib. Akademiyaya qəbul üçün seleksiya işləri bütün ölkə üzrə aparılıb. Mütəxəssislər komandaları formalaşdırmaq üçün bölgələrə səfər edib. Paytaxt və bölgələrdən olan 700-dən çox uşaq arasından seçim aparılıb, onlar arasından potensialı güclü olan namizədlər seleksiya xarakterli növbəti məşqlərə dəvət olunublar. Seleksiya xarakterli məşqlərdə komandaların heyətləri formalaşdırılıb. Bölgələrdən seçilmiş uşaqlar müvəqqəti olaraq, nazirliyin Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində qalırlar və yaxınlıqdakı orta məktəbdə təhsillərini davam etdirirlər.

Akademiyanın yaş qrupları üzrə komandaları hazırda ölkə çempionatının Bakı zonasında 4 yaş qrupu üzrə - U-10, U-11, U-12, U13 yarışlarında çıxış edirlər".

Daha sonra çıxış edən Gənclər və İdman Naziri Fərid Qayıbov “Ulduz” futbol akademiyasının nazirlik tərəfindən dəstəkləndiyinj bildirib: “Sevindirici haldır ki, akademiya uşaqlarımız üçün bu cür şərait yaradıblar. Əminəm ki, bu akademiyada çıxış edən uşaqlar gələcəkdə çox böyük nailiyyətlər əldə edəcəklər”.

Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov “Ulduz” futbol akademiyasının açılışının məhz İlu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubleyi ərəfəsinə təsadüf etməsinin xoş olduğunu vurğulayıb: “Ölkə başçısı tərəfindən idman sahəsində xüsusi diqqət və qayğı göstərilir. Uşaqlar bizim gələcəyimizdir. Bu səbəbdən belə akademiyaların fəaliyyətə başlaması xususi önəm kəsb edir. İnanırıq ki, bu gün bizim bayrağımız Qarabağda dalğlanır, eləcə də bu uşaqlarımızda futbolun inkişafında ölkəmizə xüsusi tövhə verəcək”.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Sərxan Hacıyev Sərxan Hacıyev ölkədə futbol üzrə bir sıra yarışlar təşkil olunduğunu bildirib: “Gələcəkdə də U-15 yaşadək futbolçular arasında da turnirnirin keçirilməsi gözlənilir. Uşaqlara heç vaxt təslim olmamağı və hər zaman oyunlara qələbə əzmi ilə çıxmalarını tövsiyyə edirəm. Bütün iştirakçılarımıza uğurlar arzulayıram”.

Sonda isə “Ulduz” Futbol Akademiyasının təsisçisi Nazim Süleymanov Gənclər və İdman Nazirliyi tərəfindən idmana, xüsusilə futbola olan qayğının böyük olduğundan söz açıb: "Digərləri kimi "Ulduz" futbol akademiyasının yaranması da ölkə futbolunun inkişafına təkan verəcək. İnanıram ki, akademiyadan yüzlərlə ulduz futbolçular çıxacaq. Ona görə də istərdik ki, belə akademiyaların sayı çox olsun. Ulduz futbol akademiyasında oyunçularımız bizi nəinki Azərbaycanda ümumilikdə bütün dünyada bizi layiqincə təmsil edəcəklər”.

Rəsmi çıxışlardan sonra “Ulduz” futbol akademiyasının futbolçularınım bir gününü əks etdirən video-çarx nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə