“Yuventus” “Milan”a minimal hesabla qalib gəldi

“Yuventus” “Milan”a minimal hesabla qalib gəldi

Futbol üzrə İtaliya A Seriyasının IX turunun mərkəzi oyununda “Milan” və “Yuventus” üz-üzə gəliblər. SİA xəbər verir ki, birincilərin meydanında baş tutan matçda qonaq komanda qələbə qazanıb - 0:1.

“Qoca sinyora”nın yeganə qolunu 63-cü dəqiqədə Manuel Lokatelli vurub. 40-cı dəqiqədə Malik Tiavın birbaşa qırmızı vərəqə ilə meydandan qovulmasından sonra komanda 10 nəfərlə oynayıb.

Qələbə sayəsində xallarını 20-yə çatdıran “Yuventus” üçüncü pillədədir. Massimilyano Alleqrinin komandası lider “İnter”dən iki, ikinci pillənin sahibi “Milan”dan bir xal geri qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə