17 yaşlı futbolçu “Barselona”ya qələbə qazandırdı

17 yaşlı futbolçu “Barselona”ya qələbə qazandırdı

“Barselona” İspaniya La Liqasının X turunu qələbə ilə başa vurub. SİA xəbər verir ki, Kataloniya klubu öz meydanında Bilbao “Atletik”inə qalib gəlib - 1:0.

Yeganə qolu qarşılaşmanın 80-ci dəqiqəsində Mark Guiu vurub. 17 yaşlı futbolçu “Barsa”nın əsas komandasında debüt etdikdən cəmi 23 saniyə sonra fərqlənməyi bacarıb.

Qələbə sayəsində xallarını 24-ə çatdıran “Barselona” üçüncü pillədədir. Komanda “Real Madrid” və “Jirona”dan bir xal geri qalır. “Atletik” 17 xalla altıncıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə