"Ordabası”nın futbolçuları 25-ci turda “Şaxtyor”u məğlub edərək (3:1) mövsümün sonunda Qazaxıstan çempionatında klub birinciliyini qaranti edib. SİA-nın əldə etdiyi məlumata görə, “Ordabasi” onu təqib edən “Astana”nı altı xal qabaqlayıb və komandanın tarixində ilk çempionluq titulunu qazanıb. Bundan əlavə, “Ordabası”nın bu mövsüm daha bir kubok qazanmaq şansı var. Klub noyabrın 4-də “Tobol”la qarşılaşacağı Qazaxıstan kubokunun finalına yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB