"Bayer"dən rekord göstərici

Bundesliqanın 8-ci turunun matçında "Bayer" səfərdə "Volfsburq"a 2:1 hesabı ilə qalib gəlib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi bütün yarışlarda ardıcıl 11 matçda ən azı iki dəfə fərqlənib. Bu, klubun 1979-cu ildə Bundesliqaya daxil olduğu vaxtdan bəri komandanın rekordunun təkrarıdır. "Bayer" daha əvvəl 2014-cü ildə oxşar performans seriyası göstərib.

Hazırda klubu “Liverpul”, “Real” və “Bavariya”nın keçmiş yarımmüdafiəçisi Xabi Alonso çalışdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə