"Mançester Siti" liderliyə yüksəlib

"Mançester Siti" liderliyə yüksəlib

Premyer Liqada 9-cu turun qarşılaşması baş tutub və "Mançester Siti" "Brayton"u qəbul edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qaliblərin qollarını Julian Alvarez və Erlinq Holland vurub.

“Brayton”un heyətində Ansu Fati fərqlənib. 21 xal toplayan "Mançester Siti" İngiltərə çempionatının turnir cədvəlində birinci yeri tutub. "Brayton" 16 xalla 7-ci yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə