Akrobatlarımız Avropa çempionatında finala vəsiqə qazanıblar

Akrobatlarımız Avropa çempionatında finala vəsiqə qazanıblar

Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında finala yüksəliblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Federasiyadan verilən məlumata görə, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) balans hərəkətlərində həlledici mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, daha əvvəl Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü balans, həmçinin, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük isə temp hərəkətlərində qızıl medal əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə