Peşəkar idmançılar necə qidalanmalıdır? - MÜTƏXƏSSİS AÇIQLADI

Peşəkar idmançılar necə qidalanmalıdır? - MÜTƏXƏSSİS AÇIQLADI

“Peşəkar idmançılar hər dövr üçün yaxşı və sağlam qidalanmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, yarış və məşq əvvəli yeyilən yeməyin miqdarı, tərkibi və vaxtı çox vacibdir: “İdmançının qidalanma zamanı düzgün qida seçimi onun performansını artırdığı kimi, yanlış qida seçimi isə bunu aşağı salır.

İdmançıların istifadə etdikləri başlıca qidalardan biri də proteinli qidalardır və protein əlavələridir. Protein əzələ, orqan və sümüklərin qurluşuna, bərpasına kömək edir və sağlam qidalanmanın əsas qida maddəsidir. İdmanla məşğul olmayan fərdlərdə gündəlik protein ehtiyacı hər kq çəkiyə görə 0.8 qramdır. İdmançılarda isə protein ehtiyacı cinsə, yaşa, idmanın növünə, ağrılığına və müddətinə görə dəyişsə də, gündəlik hər kq üçün 1,2-2 qram arasında dəyişir”.

Asim Vəliyev sözlərinə belə davam edib: “Proteinlər sağlam və düzgün qidalanma üçün vacib şərt olsa da, idmançılar üçün uzun müddət yüksək protein qəbulu sağlamlıq baxımından problemlərə gətirib çıxara bilir. Böyrəklər proteinləri təşkil edən aminturşularında olan nitrogenin artığını və protein metobolizması tullantılarını orqanizmdən xaric etmək üçün daha çox çalışır. Sağlam fərddə yüksək miqdarda protein qəbul etmək böyrək zədələnməsinə səbəb ola bilir. Böyrəyində problem olan fərdlərdə isə ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər.

Həmçinin araşdırmalar çox miqdarda zülal tərkibi çox olan qırmızı ət qəbul etməyin də xərçəng riskini artıra biləcəyini göstərir. Heyvan mənşəli proteinin çox qəbulu orqanizmdən idrarla kalsium xaric olunmasını artırır və sümük sağlamlığı pozaraq osteoporoz riskini artırır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə