İngiltərə Futbol Assosiasiyası ölkə kubokunun (FA Cup) formatını dəyişməyi düşünür. SİA xarici KİV-ə istinadən xəbər verir ki, UEFA avrokubokları genişləndirmək qərarına gəldikdən sonra İngiltərədə keçirilən turnirlərin təqvim islahatına ehtiyac yaranıb. Assosiasiya kubokun III və IV tur oyunlarında heç-heçə qeydə alınacağı təqdirdə, cavab matçlarını ləğv etmək niyyətindədir. Yarımfinalda da cütün taleyinin bir matçla həll olunacağı gözlənilir.
Mümkün dəyişikliklər yalnız 2025/2026 mövsümündən tətbiq edilə bilər. Çünki yayım hüquqları ilə bağlı artıq bir çox müqavilələr bağlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB