Joze Mourinyo yenidən Madrid "Real"ına qayıdır?

Joze Mourinyo yenidən Madrid "Real"ına qayıdır?

Madrid "Real"ı baş məşqçi postuna yenidən Joze Mourinyonu gətirmək niyyətindədir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, "kral klubu" portuqaliyalı mütəxəssisi komandanın "sükanı"nı tərk edəcəyi gözlənilən Karlo Ançelottinin əvəzləyicisi olaraq görür.

Belə ki, Ançelotti Braziliya yığmasına keçidi gözlənilir və "Real" rəhbərliyi bu səbəbdən Mourinyo ilə danışıqlara başlayacaq..

Qeyd edək ki, 60 yaşlı mütəxəssis 2010-2013-cü illər ərzində Madrid klubunda çalışıb. O, hazırda "Roma"nın baş məşqçisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə