Dünya şöhrətli futbolçu Məhəmməd Salah Qəzzaya yardım edilməsi ilə bağlı çağırış edib.
SİA-nın əldə etdiyi məlumata görə, misirli futbolçu bu barədə rəsmi internet səhifəsində paylaşım edib.
Məhəmməd Salah paylaşımında bu ifadələrə yer verib: "Qəzza xalqının təcili olaraq ərzaq, su və tibbi ləvazimatlara ehtiyacı var. Mən dünya liderlərini günahsız insanların qətlə yetirilməsinin qarşısını almağa çağırıram. İnsanlıq qalib gəlməlidir".
Məhəmməd Salah bundan əvvəl də İsrailin intensiv hücumları və mühasirə altında olan Qəzza zolağında fələstinlilərə dəstək üçün ianə vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB