İsrailli sabiq futbolçu Benzemanı təhqir etdi

İsrailli sabiq futbolçu Benzemanı təhqir etdi

İsrailli sabiq qolkiper Dudu Avat "Əl-İttihad"ın futbolçusu Kərim Benzemanı nə üçün “fahişə oğlu” adlandırmasını izah edib. SİA xəbər verir ki, o, Benzemadan HƏMAS-ın hücumlarını qınamasını istəyib. Bundan sonra isə təhdid mesajları alıb: “Benzema ilə əlaqə saxlayaraq ondan bu barədə paylaşım etməsini istədim. Bunda sonra həqiqətən təhdidlər aldım. Oktyabrın 7-də İsraildə uşaqlar və qadınlar, o cümlədən hamilə qadınlar öldürülüb. Bu, həqiqətən də dəhşətli idi. Bir insan bunu qınamırsa, o, fahişə oğlu deyil, ondan da pisdir. Ona görə də Benzemaya müraciət etdim. Təbii ki, mən cəbhəyə getməyə hazıram. Artıq bununla bağlı müraciət etmişəm”.

Qeyd edək ki, bu həftə İsrail millisinin keçmiş qapıçısı Benzemanın Qəzzanın "haqsız bombalanması" ilə bağlı mesajına cavab olaraq onu təhqir edib.

Bütün xəbərlər Facebook səhifəmizdə