"Sabah" ilk oyunda məğlub olub

“Sabah” basketbol klubu Avropa kubokunun qrup mərhələsində ilk oyununu keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, Azərbaycan çempionu səfərdə uduzub.

Monteneqroda “Mornar”ın qonağı olan “Sabah” 5 xal fərqi ilə uduzub. Oyunun gedişində hər iki komanda üstünlük qazansa da, sona yaxın meydan sahibləri daha dəqiq oynayıblar. “Mornar” 80:75 hesabı ilə qələbə qazanıb.

Avropa kuboku

D qrupu

1-ci tur
“Mornar” (Monteneqro) – “Sabah” (Azərbaycan) – 80:75

Bütün xəbərlər Facebook səhifəmizdə