AVRO-2024: Daha üç komanda final mərhələsində!

AVRO-2024: Daha üç komanda final mərhələsində!

AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulub. SİA-nın əldə etdiyi məlumata görə, son gündə C, G və H qruplarının oyunları keçirilib.

İngiltərə yığması öz meydanında İtaliyanı, Danimarka səfərdə San Marinonu, Sloveniya isə Şimali İrlandiyanı məğlub edərək, final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, indiyə qədər ev sahibi Almaniya ilə yanaşı, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə və Avstriya Avropa final mərhələsində iştirak hüququna yiyələniblər.

AVRO-2024, seçmə mərhələ

VIII tur

17 oktyabr

C qrupu

Malta – Ukrayna - 1:3

İngiltərə - İtaliya - 3:1

G qrupu

Litva – Macarıstan - 2:2

Serbiya – Monteneqro - 3:1

H qrupu

Finlandiya – Qazaxıstan - 1:2

Şimali İrlandiya – Sloveniya - 0:1

San Marino – Danimarka - 1:2

Bütün xəbərlər Facebook səhifəmizdə