"Qol imkanından istifadə edə bilmədiyimiz üçün heyfislənirəm" - Azərbaycan millisinin baş məşqçisi

"Qol imkanından istifadə edə bilmədiyimiz üçün heyfislənirəm" - Azərbaycan millisinin baş məşqçisi

"Hesab edirəm ki, yaxşı bir oyun keçirtdik. Qələbə qazanmasaq belə oyunçular əlindən gələni etdilər. Doğrudur, ilk hissədə topa o qədər də yaxşı hakim ola bilmədik. İkinci hissənin isə ilk hissəsində qol buraxdıq. Daha sonra Toral Bayramovun çox yaxşı qol imkanı oldu. Amma bundan istifadə edə bilmədiyimiz üçün təəssüflənirəm. Toral bu oyun çox yaxşı oynadı və qol vurmağa layiq idi". SİA xəbər verir ki, bu sözləri Bakıda AVRO-2024-ün seçmə mərhələsində üz-üzə gələn Azərbaycan-Avstriya oyunundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Canni De Byazi deyib.

"Fikirləşirəm ki, ikinci hissədə yaxşı oyun keçirdi və dəyişikliklərə ehtiyac yox idi. Son dəqiqəyə qədər çox güclü bir komandaya qarşı mübarizə apardıq. Onların çoxu böyük təcrübəyə malik idilər. Bu da oyunun nəticəsində özünü göstərdi",- deyə o əlavə edib.

Millimizin baş məşqçisi qeyd edib ki, ilk hissədə topla daha yaxşı oynaya bilərdik: "Rəqibdən qorxmamalıyıq. Üç gün bundan öncə Estoniya millisi ilə oynadıq. Uzun səfərdən sonra futbolçularda yorğunluq var idi.

Onu da qeyd edim ki, Avstriya millisi texniki baxımdan çox güclüdür. Amma biz də kifayət qədər inkişaf etmişik. Heyfislənirəm ki, cəmi bir penaltiyə görə uduzduq. Mənə vacibdir ki, futbolçular əlindən gələni etsin. Düşünürəm ki, Azərbaycan millisi bu gün bunu bacardı. Mən onlardan razıyam. Nəyisə əldə etmək istəyiriksə, buna görə zaman lazımdır. Çalışacağıq ki, daha da inkişaf edək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə