"Azərbaycana qarşı qələbənin asan olmayacağını bilirdik" - Ralf Ranqnik

"Azərbaycana qarşı qələbənin asan olmayacağını bilirdik" - Ralf Ranqnik

"Oyun bizim üçün asan keçmədi. Biz oyuna hazır gəlmişdik. Bilirdik ki, bu ölkənin futbolu nəyə qadirdir. Azərbaycan millisinin necə müdafiəsi və hücumu olduğu barədə analiz etmişdik. Qələbənin asan olmayacağını bilirdik. Qələbə qazanmağa fokuslanmışdıq. Onu da bacardıq. Bu qalibiyyət bizi arxayınlaşdıra bilməz. Daha da irəli getmək və növbəti oyunlarda da qalib gəlmək üçün çalışacağıq. Avstriya-Belçika oyununda müəyyən dərslər çıxarmışdıq. Eyni səhvləri etməməyə çalışırdıq. Lakin yenə də eyni səhvlər təkrarlandı. Buna baxmayaraq qələbə qazana bildik". SİA xəbər verir ki, bu sözləri Bakıda AVRO-2024-ün seçmə mərhələsində üz-üzə gələn Azərbaycan-Avstriya oyunundan sonra keçirilən mətbuat konfransında rəqib komandanın baş məşqçisi Ralf Ranqnik deyib.

"Bu bir futboldur. Oyunda hər şey ola bilər. Oyunçularımız heçnəyi qəsdən etmədilər. Meydanda irəli getmək üçün hər üsuldan istifadə edə bilərik. Bu halda oyunçular özlərindən çıxa bilirlər. Ona görə də oyun əsnasında gərgin anlar baş verir. Bu da normal haldır",- deyə o əlavə edib.

Rəqib komandanın baş məşqçisi eyni zamanda, Avstriyada Azərbaycan klublarının izləndiyini vurğulayıb: ""Qarabağ" klubu barədə də məlumatımız var. Ağdam klubunun "Bayern" klubu ilə qarşılaşacağı oyunda hesabın necə olacağı barədə heç nə deyə bilmərəm. Kimin qalib gələcəyini zaman göstərəcək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə