Stadiona 120 min dollar dəyərində ziyan vuruldu

Stadiona 120 min dollar dəyərində ziyan vuruldu

Londonda vandal “Tottenhem Hotspur” stadionuna 120 min dollar dəyərində ziyan vurub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, polis arenaya zərər vuran 30 yaşlı kişini həbs edib.

Onun bahalı sahə örtüyünün bir hissəsini məhv etdiyi bildirilib. Qısa müddətdə örtüyün bərpa edilib-edilməyəcəyi məlum deyil.

Qeyd edək ki, “Tottenham” tərəfdarlarının çoxu yəhudi icmasının üzvləridir. Amma klub hadisənin antisemitizmlə bağlı olmadığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə