Avstriya millisinin mətbuat konfransı Vyanada, açıq məşqi Bakıda olacaq
AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - Avstriya matçından əvvəl mətbuat konfransı və açıq məşqlərin vaxtı bəlli olub. SİA xəbər verir ki, Azərbaycan komandasının baş məşqçisi Canni De Byazi oktyabrın 15-də saat 18:30-da görüşün oynanılacağı "Dalğa Arena"da media nümayəndələrinin qarşısına çıxacaq.
19:00-da isə yığmanın açıq məşqi gerçəkləşəcək.
Qonaqların baş məşqçisi Ralf Ranqnikin mətbuat konfransı isə Avstriyada olacaq. Almaniyalı mütəxəssis saat 12:15-də Vyanadakı "Ernst Happel" stadionunda jurnalistlərin suallarını cavablandıracaq. Açıq məşq isə saat 19:00-da "Dalğa Arena"da reallaşacaq.
Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 20:00-da start götürəcək. Avstriya ötən gün Belçikaya evdə 2:3 hesabı ilə uduzub, Azərbaycan isə səfərdə Estoniyaya qalib gəlib - 2:0.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB