Mbappe Fransa millisini tərk etdi

Kilian Mbappe Fransa yığmasının düşərgəsini tərk edib. SİA xarici KİV-ə istinadən məlumat verir ki, PSJ klubunun hücumçusu yaxınlarından birinin ölümü səbəbindən millidən ayrılmalı olub.

Fransa bu gün AVRO-2024-ün seçmə mərhələsinin VII turunda Niderlandın qonağı olacaq. Görüş saat Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə