İtaliyanın Sardiniya adasında 20 yaşa qədər şahmatçılar arasında rapid üzrə dünya çempionatı keçirilib.
SİA Qol.az-a istinadən xəbər verir ki, Azərbaycan sahmatçısı Gövhər Beydullayeva dünya çempionatında tarixi uğura imza atıb. O, 9 oyundan 11 xal toplayaraq çempionatı birinci pillədə başa vurub.
Azərbaycanın digər şahmatçısı Məhəmməd Muradlı 6,5 xalla 13-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, sabah İtaliyada blits üzrə dünya çempionatı başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB