“Kəpəz” “Benfika”nın sabiq futbolçusunu transfer etdi

“Kəpəz” “Benfika”nın sabiq futbolçusunu transfer etdi

“Kəpəz” heyətini yeni qapıçı ilə gücləndirib. SİA xəbər verir ki, Gəncə təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, portuqaliyalı İqor Rodriges “sarı-göylər”in formasını geyinəcək.

28 yaşlı qolkiperlə mövsümün sonuna qədər müqavilə bağlanıb.

Onun son klubu ölkəsində “Feyrense” olub. O, Portuqaliyanın tanınmış komandalarından olan “Benfika” ilə müqavilə bağlasa da, icarə əsasında “Şaveş”, “Eştoril” və “Sportinq Kovilya” klublarında oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə