Cüdoçularımız Qoridə təlim-məşq toplanışında

Cüdoçularımız Qoridə təlim-məşq toplanışında

Oktyabrın 3-dən etibarən müxtəlif regionlardan olan 15 yaşa qədər region cüdoçuları Gürcüstanın Qori şəhərində keçirilən təlim-məşq toplanışında iştirak edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Gürcüstanın region cüdoçuları ilə birlikdə keçirilən hazırlıq prosesinə Azərbaycan 31 cüdoçu ilə qoşulub.

Təlim-məşq toplanışı 13 oktyabra qədər davam edəcək.

Təlim-məşq zamanı cüdoçulara Azərbaycan Cüdo Federasiyasının (ACF) regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov və Ruslan Yunusov rəhbərlik edir.

Təlim-məşq toplanışı müvafiq yaş qrupu üzrə region cüdoçularının rəqabət qabiliyyətlərinin artırılması və gələn il baş tutacaq Azərbaycan birinciliyinə hazırlıq məqsədini daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə