Köhnə "Barselona"lı qayıdır..?

"Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, La Liqa təmsilçisi "Liverpul"un mərkəz yarımmüdafiəçisi Tiaqo Alkantaranı yenidən heyətinə cəlb etmək niyyətindədir.

Hazırda tərəflər arasında danışıqlar aparılır.

Qeyd edək ki, 32 yaşlı ispaniyalının Mersisayd təmsilçisi ilə 2024-cü ilin 30 iyulunadək müqaviləsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə