Rusiya köşənli qapıçı rus millisində oynamaqdan imtina etdi...

Rusiya köşənli qapıçı rus millisində oynamaqdan imtina etdi...

İtaliyanın “Latsio” klubunun qapıçısı Rusiya köşənli İvan Provedel Rusiya millisinə çağırışdan imtina edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov bildirib.

“...Biz Vanyanın oyunlarını izləyirik. Onun hətta qol da vurduğunu bilirik. Təəssüf ki, Vanya bizimlə əlaqə saxlamaqdan imtina etdi. Rusiya Futbol İttifaqından xahiş etdim ki, məni onunla əlaqə yaratmağıma kömək etsin. Amma o, Rusiyadan heç kimlə əlaqə saxlamaq istəmədiyini bildirdi. Provedel, bu toplanışa çağırıla bilərdi, ona görə də onu axtarırdım”.

Bunu Kafanov bildirib.

Qeyd edək ki, 29 yaşlı Provedel rus və italyan ailəsində doğulsa da, lakin yalnız İtaliya vətəndaşlığına malikdir və yalnız bu ölkənin klublarında çıxış edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə