"Fulhem"in futbolçusu üçün 60 milyon

"Fulhem"in futbolçusu üçün 60 milyon

Münhen "Bavariya"sı heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi, İngiltərənin "Fulhem" klubunun yarımmüdafiəçisi Joao Palinya üçün hərəkətə keçib.

Məlumata görə, "Bavariya" 28 yaşlı portuqaliyalı üçün 60 milyon funt sterlinq təklif edib.

Qeyd edək ki, Palinyanın "Fulhem"lə 2028-ci ilədək müqaviləsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə