“Sevilya”nın yeni baş məşqçisi...

“Sevilya”nın yeni baş məşqçisi...

İspaniyanın “Sevilya” klubunun rəsmi saytına istinadən verilən məlumata görə, uruqvaylı Dieqo Alonso komandanın yeni baş məşqçisi təyin olub.

SİA-nın əldə etdiyi məlumata görə, 48 yaşlı mütəxəssislə müqavilənin müddəti mövsümün sonuna qədərdir.

Qeyd edək ki, “Sevilya”da Xose Luis Mendilibarı əvəzləyən Alonsonun əvvəlki iş yeri Uruqvay millisi olub. Cənubi amerikalılar DÇ-2022-yə vəsiqə qazansalar da, qrupdan çıxa bilmədilər və bu səbəbdən məşqçi postunu tərk edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə