Gimnastlarımız Bolqarıstana getdilər

Gimnastlarımız Bolqarıstana getdilər

Bolqarıstanda keçiriləcək 31-ci Avropa yaş qrupları yarışında iştirak edəcək akrobatika gimnastikası üzrə Azərbaycan milli komandası Varna şəhərinə yola düşüb. Federasiyadan SİA-ya verilən məlumata görə, yarışda Azərbaycanı Aysel Musayeva, Darya Pasmurnova, Fidan Mirzəyeva (12-18 yaş, qadın qrupu-1), Jasmin Əliyeva, Aylin Məmmədova və Ayan Hacılı (12-18 yaş, qadın qrupu-2) təmsil edəcək.

Qeyd edək ki, turnir 12-15 oktyabr tarixlərində təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə