“Neftçi” - “Qarabağ” oyununda mövsümün azarkeş rekordu qeydə alınıb
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb. Peşəkar Futbol Liqasından SİA-ya verilən məlumata görə, bu, IX turun “Neftçi” - “Qarabağ” matçına təsadüf edib.
“Neftçi Arena”da keçirilən Azərbaycan derbisini 5400 azarkeş izləyib. Buna qədər rekord VIII turun “Turan Tovuz” - “Neftçi” oyununa (0:1) məxsus idi. Həmin qarşılaşmada 5000 tamaşaçı olub.
Qeyd edək ki, “Neftçi” - “Qarabağ” görüşündə qonaqlar 2 cavabsız qolla qalib gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB