Liqa 1-in 8-ci turunun “Renn”lə oyunu PSJ-nin hücumçusu Kilian Mbappe üçün yubileyə çevrilib. SİA xəbər verir ki, bu oyun fransalı forvardın peşəkar səviyyədə 400-cü oyunu olub. O, PSJ-də 269, Fransa millisində 71, Monakoda isə 60 matç keçirib.
Qeyd edək ki, 24 yaşlı Mbappe meydana çıxdığı 400 oyunda 281 qol vurub və 190 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB