İspaniyanın “Sevilya” klubu baş məşqçisi Xose Luis Mendilibarla yollarını ayırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əndəlus təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssisin istefaya göndərilməsinə səbəb komandanın uğursuz çıxışı olub.
Qeyd edək ki, “Sevilya” La Liqada 8 oyundan sonra 8 xalla 14-cü pillədə qərarlaşıb. Mendilibar ötən mövsüm komanda ilə UEFA Avropa Liqasının qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB