Cüdoçularımız Avropa çempionatına Slovakiyada hazırlaşırlar

Cüdoçularımız Avropa çempionatına Slovakiyada hazırlaşırlar

Azərbaycan cüdoçuları Slovakiyanın Samorin şəhərində keçirilən Olimpiya təlim düşərgəsində iştirak edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, federasiyadan verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan hazırlıq prosesinə 20 ölkədən 200-dən çox idmançı qatılıb.

Təlim-məşq toplanışında Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli komandasının 16 üzvü iştirak edir.

Məşqlər yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun rəhbərliyi altında keçirilir.

Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək təlim-məşq toplanışı 3-5 noyabrda Fransanın Monpelye şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə