Azərbaycan Premyer Liqasında IX turun daha iki görüşü keçiriləcək

Azərbaycan Premyer Liqasında IX turun daha iki görüşü keçiriləcək

Azərbaycan Premyer Liqasında IX turun oyunları davam edir. SİA xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.

İlk qarşılaşma Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası doğma azarkeşləri önündə “Səbail”lə üz-üzə gələcək. Mövsümə uğurlu start verən “gəmiçilər” həm bu seriyanı davam etdirməyə, həm də Premyer Liqa çərçivəsində Qəbələdə ilk qələbəsini qazanmağa çalışacaq.

Günün ikinci matçı paytaxtda oynanılacaq. Uğursuz mövsüm keçirən “Sabah” gözlənilmədən liderlər qrupunda yer alan “Araz-Naxçıvan”ı qəbul edəcək. Yeganə qalibiyyətini I turda qazanan “Sabah” uğursuz seriyaya son qoymaq əzmindədir.

Qeyd edək ki, turun açılış oyununda “Zirə” “Turan Tovuz” üzərində 2:1 hesablı qələbə qazanıb. “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” görüşləri oktyabrın 8-də keçiriləcək.

Premyer Liqa

IX tur

7 oktyabr

16:00. “Qəbələ” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Qəbələ şəhər stadionu

18:00. “Sabah” – “Araz-Naxçıvan”

Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Seymur Səlimli

“Bank Respublika Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə