"Qapımıza vurulan üçüncü qolu haqlı hesab etmirəm" - Vitali Borisov
"Oyun çox gərgin keçdi. Hoss olunurdu ki, Qazaxıstan çox yaxşı hazırlaşıb. Onlar 10 gündür ki, hazırlaşırlar. Lakin bizim oyunçuların bəziləri komandaya yeni qoşuldular. Ona görə də hələ uyğunlaşmaya bilərlər".
SİA xəbər verir ki, bu sözləri Bakıda keçirilən DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Azərbaycan-Qazaxıstan oyunundan sonra mətbuat konfransında millimizin baş məşqçisi Vitali Borisov deyib.
"Oyunda Qazaxıstanın vurduğu üçüncü qolunu haqlı hesab etmirəm. Biz müdafiədə yaxşı oynadıq. Rəqib komandanın qapıçısı isə bəzi oyunçulardan daha yaxşı oynayırdı.
Futzalçılarım fiziki baxımdan yaxşı oyun göstərdi. Sadəcə taktiki baxımdan yanlışlar oldu",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB