PSJ-nin dörd futbolçusu rəqibini təhqir etdiyinə görə cəzalanıb

PSJ-nin dörd futbolçusu rəqibini təhqir etdiyinə görə cəzalanıb

PSJ-nin dörd futbolçusu Fransa çempionatında “Marsel” ilə oyundan sonra təhqiramiz şüarlar səsləndirdiklərinə görə bir oyunluq cəzalandırılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının intizam komissiyasının prezidenti Sebastyan Deneyə istinadən məlumat yayılıb.

Sentyabrın 24-də PSJ doğma meydanda “Marsel”i 4:0 hesabı ilə məğlub edib. Matçdan sonra Paris klubunun futbolçuları Usman Dembele, Randal Kolo-Muani, Leyvin Kurzava və Əşrəf Hakiminin azarkeşlərlə birlikdə “Marsel”in ünvanına təhqiramiz şüarlar səsləndirməsi anı kameralara əks olunub.

Oktyabrın 1-də oyunçuların davranışlarına görə üzr istədikləri bildirilib.

Futbolçular Fransa çempionatında oktyabrın 8-də keçiriləcək “Renn”lə oyunu buraxacaqlar.

Qeyd edək ki, PSJ 7 turdan sonra 12 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə