"Traktor"dan darmadağın

İran çempionatında 6-cı turun görüşləri keçirilir.

SİA Qol.az-a istinadən xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor" klubu səfərdə "Aluminium Arak"ın qonağı olub. Qarşılaşma Təbriz təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

"Aluminium Arak" - "Traktor" - 0:4

Qollar: Neməti, 40, Abdi, 77, Rüstəmi, 86, Hüseynzadə, 90+3

Bu qələbə sayəsində xallarını 12-yə çatdıran "Traktor" turnir cədvəlinində 2-ci pillədə qərarlaşıb. Lider "Sepahan"ın da 12 xalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə