Emin Əmrullayev şahmat çempionatında uğurlu olan idmançılarla görüşüb - FOTOLAR
Elm və təhsil naziri Emin Əmrullayev Rumıniyanın Mamaya şəhərində yeniyetmə oğlan və qızlar arasında keçirilən şahmat üzrə Avropa çempionatında uğurlu nəticə göstərən idmançılarla görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Xatırladaq ki, Rumıniyanın Mamaya şəhərində keçirilən Avropa çempionatında Məhəmməd Kazımzadə, Mehriban Əhmədli (hər ikisi U-8), Əhməd Xaqan (U-12), Rüstəm Rüstəmov (U-14) qızıl, Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş, Səadət Bəşirli isə bürünc medal qazanıb. Yekunda Azərbaycan komanda hesabında da hamını qabaqlayaraq birinci yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB