“Azərreyl”in Çağırış Kubokundakı oyunlarının vaxtı müəyyənləşib

“Azərreyl”in Çağırış Kubokundakı oyunlarının vaxtı müəyyənləşib

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun Çağırış Kubokunun 1/32 final mərhələsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib. SİA xəbər verir ki, Ukrayna təmsilçisi “Balta” ilə bu raundun hər iki matçı tərəflərin razılığına əsasən Bakıda baş tutacaq.

Azərbaycan klubu rəqibini oktyabrın 17-də qəbul edəcək. Bir gün sonra “Balta” nominal meydan sahibi olacaq. Azərbaycan Voleybol Mərkəzində keçiriləcək hər iki görüş saat 20:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə